Ana özünü binadan yıxılan körpənin ardınca atdı - Bakıda ŞOK OLAY
20 iyun 2022 14:50 (UTC +04:00)

Ana özünü binadan yıxılan körpənin ardınca atdı - Bakıda ŞOK OLAY

Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

2 yaşlı körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir. 

27 yaşlı anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir.

# 3411
avatar

Fidan İlqar

Oxşar yazılar