Əzizov Mahmud Babagözəl oğlu
07 iyul 2022 09:22 (UTC +04:00)

Əzizov Mahmud Babagözəl oğlu

Altı nəfər ölmüşdü: 19 yaşlı sürücünün məhkəməsi başlayır

Bakıda dəhşətli qəzaya səbəb olan 19 yaşlı sürücü Mahmud Əzizovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.

İş üzrə 17 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, 2021-ci il oktyabrın 13-ü səhər saatlarında Suraxanı rayonu, Suraxanı keçidi ətrafında Əzizov Mahmud Babagözəl oğlunun idarə etdiyi "№Mercedes" markalı yük avtomobili 171 saylı sərnişin avtobusuna çırpılıb. Nəticədə ümumilikdə 6 nəfər ölüb, 20 nəfərdən çox insan isə yaralanıb.

# 1977
avatar

Mehman Nəbiyev

Oxşar yazılar