Hadisə anı
14 mart 2023 14:55 (UTC +04:00)

Hadisə anı

Ahıl təqaüdçüləri aldadıb pullarını aldılar - VİDEO

Sumqayıtda ahıl təqaüdçülərə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şəhər ərazisində ahıl yaşlı şəxsləri izləyərək onlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Sadiq Şavaqatov və Zahid Kazımov saxlanılıblar. Bu şəxslər bankomatlarda təqaüdlərini nağdlaşdıran zərərçəkənlərin pullarını ələ keçiriblər.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər - Bayandur Umudov da tutulub. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə marixuana aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

# 1449
avatar

Oxşar yazılar