Bakı-Qəbələ yolunun tikintisində ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə yolun Ağsu rayonu Kalva kəndinin ərazisindən keçən hissəsində baş verib.
Burada fəhlə işləyən Qobustan rayon sakini 61 yaşlı Umud Seyfəddin oğlu Cəfərov hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.