Ağstafada "Mercedes" ağaca çırpıldı, 3-cü kurs tələbəsi öldü
29 mart 2025 16:54 (UTC +04:00)

Ağstafada "Mercedes" ağaca çırpıldı, 3-cü kurs tələbəsi öldü

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xətai kəndi yaxınlığında qeydə alınıb.

"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım və FHN-nin xilasedici qrupu cəlb olunub. Qəza nəticəsində ölən sürücü 2005-ci il təvəllüdlü Elin Mamayevin meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qəzada ölən E.Mamayevin Bakı Dövlət Unverstetinin Qazax filialının 3-cü kürs tələbəsi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1394

Oxşar yazılar