Aprelin 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə,
Bakıda və Abşeron yarımadasında hava proqnozu
Aprelin 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu:
-
Gecə: 10-15° isti
-
Gündüz: 20-25° isti
Atmosfer təzyiqi: 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət:
-
Gecə: 60-70%
-
Gündüz: 50-55%
Azərbaycanın rayonlarında hava proqnozu
Ölkənin digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntı, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu:
-
Aşağı ərazilərdə:
-
Gecə: 7-12° isti
-
Gündüz: 22-27° isti
-
-
Dağlıq ərazilərdə:
-
Gecə: 3-8° isti
-
Gündüz: 13-18° isti
-