Bakıda 25 yaşlı gənc itkin düşüb.
Lent.az xəbər verir ki, bu barədə Bakı şəhər Nizami rayon sakini 1997-ci il təvəllüdlü Osmanov Eşki Yusifkənan oğlu Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, müraciətində bildirib ki, onlara qonaq gələn xalası oğlu 8 noyabr saat 13 radələrində telefon almaq adı ilə evdən çıxıb bir daha geri qayıtmayıb. İtkin düşən 1994-cü il təvəllüdlü Cəfərzadə Sadiq Fərhad oğlu Şirvan şəhər sakinidir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsində araşdırma aparılır.