Satıcı keçmiş məhkumu güllələdi
28 noyabr 2019 13:36 (UTC +04:00)

Satıcı keçmiş məhkumu güllələdi

 

Şamaxıda keçmiş məhkum tüfəngi ilə güllələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki “Ovçu” mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı rayon Polis Şöbəsinə məlumat daxil olub.

V.Əsgərov saxlanılıb. Hadisə törədilərkən istifadə edilən “Oskar” markalı ov tüfəngi ondan götürülüb.

Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148

Oxşar yazılar