Röya Natavan qalmaqalı daha da böyüdü - Stilistdən ŞOK AÇIQLAMA
04 may 2020 13:01 (UTC +04:00)

Röya Natavan qalmaqalı daha da böyüdü - Stilistdən ŞOK AÇIQLAMA

Stilist Anar Ağakişiyev Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi arasındakı imic qalmaqalından söz açıb.

Lent.az-ın məlumatına görə, “Birlikdə güclüyük” verilişində qonaq olan imic ustası bildirib ki, Natavan Röyanı təkrarlayıb: 

“Təklif Röyadan gəldi. İstəməzdim belə müqayisə olunsun. Karantin vaxtı söylədi ki, fotosessiya edək. Dedim ki, düşünüm, görüm səni hansı obrazda görürəm. Röya indiyədək hər şeyi etmişdi, amma qara uzun saçları olmamışdı. O da səs-küyə səbəb oldu. Bu fotodan sonra sosial şəbəkədə koronavirusu unutmuşdular.

Röyanın fotosessiyasında istifadə etdiyim saçı həmkarlarımın birindən aldım. Mağazalar bağlıdır deyə, dedim ki, varsa, mənə ver. Çox peşman oldum. 21 apreldə pariki taxdıq, fotosessiya etdik. Sonra həmin həmkarım 25 apreldə eyni pariki Natavana taxıb. İstədilər ki, məsələni guya biz onlardan sonra etmişik kimi fırlatsınlar. Bu, gülməli qalmaqaldır.

Natavan həmişə uzun və qara saçlarda olub, burada qeyri-adilik yoxdur. Rihanna da bir neçə gün öncə belə uzun saçlarla fotolar paylaşıb. Bu, o deməkdir ki, o da Röyadan götürüb? Bunu etməyə ehtiyac yoxdur. Bunu edib Röya, bənzərlik sıfırdır. Röyada tamam başqa cür, Natavanda başqa cür. Hamı yaşa dolub, belə xırda işlərlə məşğul olmaq lazım deyil. Natavan bilməli idi ki, bu pariki Röya taxıb, istifadə etməməli idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4954

Oxşar yazılar

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12