Quldurluq edən keçmiş məhkum tutuldu
27 noyabr 2019 18:42 (UTC +04:00)

Quldurluq edən keçmiş məhkum tutuldu

 

Lənkəranda keçmiş məhkum mağazada quldurluq edib.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 25-də rayon sakini E.Məmmədlini bıçaqla hədələyib işlədiyi mağazadan quldurluq yolu ilə 350 manat aparmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb.

Digər məlumata görə, Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 1326 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Fətullazadə də tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903

Oxşar yazılar