Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 28-də saat 20 radələrində Gədəbəy rayonunun Qumlu kəndi ərazisində E.Kazımov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini Babək Hüseynovu vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.