DIN-dən avtomobillərin torpaq yolla Bakını tərk etməsinə münasibət  - VİDEO
14 iyun 2020 14:09 (UTC +04:00)

DIN-dən avtomobillərin torpaq yolla Bakını tərk etməsinə münasibət - VİDEO

Daxili İşlər Nazirliyi avtomobillərin torpaq yolla Bakını tərk etməsinə dair yayılan görüntülərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, həmin görüntülər ötən gün Bakı-Quba yolunda qeydə alınıb.

E. Zahidov deyib ki, paytaxtın çıxışındakı polis postunda yoxlama ilə əlaqədar yaranmış sıxlığı görən bəzi sürücülər alternativ  torpaq yolla şəhərdən çıxmaq istəyiblər: “Lakin qarşıdakı növbəti postda həmin avtomobillər saxlanılaraq Bakıdan çıxmalarına müvafiq icazələrinin olub-olmaması yoxlanılıb. Kimin icazəsi varsa, buraxılıb, icazəsi olmayanlar isə geri qaytarılıb". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13948
avatar

Oxşar yazılar