Bakıda azyaşlılara siqaret satan satıcılar cərimələndi
28 noyabr 2019 18:26 (UTC +04:00)

Bakıda azyaşlılara siqaret satan satıcılar cərimələndi

 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin mağazaların satıcıları A.Şahməmmədov və H.Bəbirov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin vəya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960

Oxşar yazılar