88 yaşlı kişi 15 yaşlı qızı öldürdü
19 iyun 2024 18:10 (UTC +04:00)

88 yaşlı kişi 15 yaşlı qızı öldürdü

Türkiyədə 15 yaşlı qızı avtomobil vuraraq öldürüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə saat 9 radələrində Manisa şəhərinin Kula qəsəbəsində İzmir-Ankara avtomobil yolunun Kula Alparslan Türkeş qovşağında baş verib. Uşakdan İzmirə gedən 88 yaşlı Hikmət A.-nın idarə etdiyi avtomobil yolu keçmək istəyən 15 yaşlı Aliyə Nur Gezeri vurub.

Gezer zərbənin təsirindən 50 metr yüksəkliyə tullanaraq asfaltın üzərinə düşüb. Ətrafdakıların xəbəri ilə əraziyə gələn həkimlər əməkdaşları xəsarət alan uşağa ilkin tibbi yardım göstərib.

Daha sonra təcili yardımla Kula Dövlət Xəstəxanasına aparılan Gezeri həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlayan polis avtomobilin sürücüsü Hikmət A-nı saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2124
avatar

Oxşar yazılar