500-dən çox cəriməsi olan qızın BMW-si əlindən alındı
29 mart 2025 15:44 (UTC +04:00)

500-dən çox cəriməsi olan qızın BMW-si əlindən alındı

Rusiyanın paytaxtı Moskvada yarım milyon rubl dəyərində 500 cəriməyə görə qızın BMW markalı avtomobili əlindən alınıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Dövlət Yol Müfəttişliyinin əməkdaşları Sudostroitelnaya küçəsində BMW markalı avtomobili idarə edən və yol hərəkəti qaydalarını pozduğuna görə yarım milyon rubldan çox məbləğdə 500-dən çox cərimə toplayan 22 yaşlı qızı saxlayıblar.

Yoxlama zamanı məlum olub ki, o, 6 ay müddətində inzibati cəzanın icrasından qəsdən yayınıb.

Yol polisi əməkdaşları Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.25-ci maddəsinə əsasən, inzibati cəzanın icrasından yayındığına görə avtomobil sürücüsünə qarşı protokollar tərtib ediblər. Onun avtomobili xüsusi dayanacaqda yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1630

Oxşar yazılar