50 000 dollar mənimsəyən falçı yaxalandı-FOTO
01 aprel 2023 09:02 (UTC +04:00)

50 000 dollar mənimsəyən falçı yaxalandı-FOTO

Martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 50 000 ABŞ dolları və 15 000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları həmin ünvanda olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı isə həmin pulların oğurlanmadığı, Bakı şəhər sakini olan bir qadın tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarış İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Günəş Qasımova saxlanılaraq istintaqa təqdim olunub. 

Dindirilmə zamanı həmin qadın cinayət əməlini etiraf edib. 

Aparılan ilkin istintaq hərəkətləri zamanı məlum olub ki, G.Qasımova bir müddət əvvəl zərərçəkənin ailə üzvlərinin birinə öngörücü olduğunu bildirərək, iddia etdiyi kimi qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyi barədə vədlər verib və zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

# 1827
avatar

Oxşar yazılar

Sıyıq yeyən 10-dan çox  ailə üzvü   öldü

Sıyıq yeyən 10-dan çox ailə üzvü öldü

1 iyun 2023 , 00:07
Sel Lahıc-İsmayıllı yolunu bağladı

Sel Lahıc-İsmayıllı yolunu bağladı

31 may 2023 , 23:52
Tovuzda iki qardaş məclisdə bıçaqlandı

Tovuzda iki qardaş məclisdə bıçaqlandı

31 may 2023 , 22:35
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

31 may 2023 , 22:08
Göyçayda güclü külək  bir nəfəri   ÖLDÜRDÜ-YENİLƏNİB

Göyçayda güclü külək bir nəfəri ÖLDÜRDÜ-YENİLƏNİB

31 may 2023 , 22:00
Naxçıvanda 31 yaşlı kişi qətlə yetirildi

Naxçıvanda 31 yaşlı kişi qətlə yetirildi

31 may 2023 , 20:39
 Xaçmazlı gəncin   Bakıda meyiti tapıldı

Xaçmazlı gəncin Bakıda meyiti tapıldı

31 may 2023 , 19:39
Xəstələrini  hamilə qoyan   həkim FACİƏLİ şəkildə  ÖLDÜ

Xəstələrini hamilə qoyan həkim FACİƏLİ şəkildə ÖLDÜ

31 may 2023 , 19:07