Şəkidə intihar hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bideyiz kəndində qeydə alınıb.
Kənd sakini, 62 yaşlı Cumay Həsən oğlu İbadullayevin meyiti yaşadı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. 5 övlad atası olan C. İbadullayevin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.