Gəncə şəhər sakini olan 4 nəfəri aldadan şəxsin müxtəlif vaxtlarda 235, 100, 65 və 55 manat olmaqla onların ümumilikdə 455 manatını hesabına ödətdirərək ələ keçirməsi barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, keçirilən əməliyyat tədbirləri ilə dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 33 yaşlı F.Şirəliyev Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.