Oğurluq edən Mehdi Xəlilov
13 yanvar 2021 12:24 (UTC +04:00)

Oğurluq edən Mehdi Xəlilov

13 obyektə maska ilə girib taladı - FOTO

Dekabrın 2-dən yanvarın 10-dək Balakən şəhərindəki 13 obyektdən oğurluq və ya oğurluğa cəhd olub.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında əməliyyat-istintaq qrupu dərhal hadisə yerlərinə baxış keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərini rayonun Qazma kənd sakini, əvvəllər məhkum olunmuş Mehdi Xəlilovun törətdiyi müəyyən edilib. Telefon, ərzaq, elektronika, cehizlik əşyalar satılan mağazalara və kafelərə üzündə maska, əllərində əlcəklə daxil olan M.Xəlilov kassada olan pulları, eləcə də müxtəlif əşyaları götürərək oradan uzaqlaşıb. Özünə lazım olan heçnə əldə edə bilmədikdə isə obyektlərdəki əşyaları yararsız hala salıb. 

M.Xəlilov oğurluq məqsədilə daxil olduğu iki mağazada “E-manat” və “MilliÖn” ödəmə aparatlarını da sındıraraq içərisində olan 9000 manata yaxın pulu götürüb və müşahidə kamerasının yaddaş qurğusunu da özü ilə aparıb. Polis əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində ələ keçən M.Xəlilov istintaqa təhvil verilib, oğurladığı əşyalar və pulların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3183
avatar

Mehman Nəbiyev

Oxşar yazılar