11-ci sinif şagirdi suda boğuldu  - FOTO
28 iyun 2022 21:10 (UTC +04:00)

11-ci sinif şagirdi suda boğuldu - FOTO

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Bığır kənd sakini - 16 yaşlı Qurbanov Əlibala Yalçın oğlu bu gün axşam saatlarında Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub.

Əraziyə gələn polis əməkdaşları 11-ci sinif şagirdi Əlibala Qurbanovun meyitini sudan çıxararaq ailəsinə təhvil veriblər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

# 3063
avatar

Oxşar yazılar