Türkiyədən Azərbaycana külli miqdarda zinət əşyalarının keçirilməsinin qarşısı alınıb
03 avqust 2012 19:51 (UTC +04:00)

Türkiyədən Azərbaycana külli miqdarda zinət əşyalarının keçirilməsinin qarşısı alınıb

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Tovuz Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Mahmut Boranın idarə etdiyi “Mercedes-Benz Travego” markalı sərnişin avtobusundakı yüklərə “Smiths HS-100100 T-is” markalı X-RAY detektoru ilə baxış zamanı 6 ədəd polietilen kisəyə salınmış kağız qutularda, dini əşyaların arasından sürücü Mahmut Boranın gömrük bəyannaməsində qeyd etmədiyi və şifahi olaraq bildirmədiyi ağ rəngli metaldan hazırlanmış zinət əşyaları - 654 ədəd üzük, 238 ədəd kulon, 131 ədəd bilərzik, 31 dəst tana-üzük-kulon, 16 ədəd boyunbağı, 10 cüt tana və 5 ədəd təsbeh aşkarlanıb.

Bundan başqa, həmin gömrük postunda Gürcüstandan gələn “Opel Frontera” markalı minik avtomobilinə baxış zamanı həmin nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində, nəqliyyat vasitəsinin sərnişini Azərbaycan vətəndaşı Raqil Həsənova məxsus müxtəlif markalı 251 ədəd mobil telefon və mobil telefonlara aid 817 ədəd aksessuar aşkar edilərək götürülüb.
# 434

Oxşar yazılar

Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19
Vilayət Eyvazov generalı müşavir  təyin etdi

Vilayət Eyvazov generalı müşavir təyin etdi

3 may 2024 , 14:54