Kürdəmir sakini 15-ci dəfə həbs edilib
26 iyul 2012 11:03 (UTC +04:00)

Kürdəmir sakini 15-ci dəfə həbs edilib

Kürdəmir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı Kürdəmir şəhər sakini, 1962-c il təvəllüdlü Məmmədov Raqif Məmməd oğlunu şübhəli şəxs qismində saxlanıb. Onun üzərinə baxış keçirilən zaman çəkisi 1.1 qram olan heroin götürüblər. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə Raqif Məmmədov əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 14 dəfə həbs edilib və ümumilikdə 26 il məhkumluq həyatı sürüb.
# 484

Oxşar yazılar