Sumqayıtda silahlı insident
Aprelin 8-nə keçən gecə Sumqayıt şəhəri, 18-ci mikrorayonda polislə bir qrup şəxs arasında silahlı insident baş verib. Lent.az-ın məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri yaxalamaq üçün keçirdiyi əməliyyat zamanı, hələlik kimliyi bilinməyən şəxslər polisə atəş açıb. Öz növbəsində hüquq-mühafizə orqanlarının nümayəndələri cinayətkarları yaxalamaq üçün silahdan istifadə edib.
Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, insident nəticəsində ölən və yaralanan şəxslər var. Bir neçə nəfərin həbs olunduğu bildirilir.
Qeyd edək ki, Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev Lent.az-a dünən belə bir əməliyyatın keçirildiyini təsdiqləsə də, ətraflı məlumat verə bilməyəcəyini bildirdi.
Faktla bağlı araşdırma aparılır.
Nizam RZA

Oxşar yazılar

Novxanıda FACİƏ: 2 nəfər dənizdə batdı - YENİLƏNİB
28 iyul 2025 , 09:51
"Moyka"da FACİƏ: maşın yuyanda "tok" vurub öldürdü
28 iyul 2025 , 09:15
Yevlaxda zəlzələ baş verdi
27 iyul 2025 , 23:15
Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47