Şəmkirdə baş verən qəza ilə bağlı rəsmi məlumat yayılıb
19 oktyabr 2009 11:00 (UTC +04:00)

Şəmkirdə baş verən qəza ilə bağlı rəsmi məlumat yayılıb

Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Lent.az-ın DİN-in saytına məlumatına görə, açıqlamada bildirilib ki, oktyabrın 18-də saat 16.00 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində Tovuz rayon sakini Ayaz Məmmədov “VAZ-21074” markalı avtomaşını idarə edərkən kənd sakinləri Şahin Mustafayevi, Ələddin Həsənovu və Anar Hüseynovu vurub.

Nəticədə Ə.Həsənov və A.Hüseynov hadisə yerində ölüblər, xəsarət almış Ş.Mustafayev isə xəstəxanaya yerləşdirilib.

Bundan sonra bir qrup şəxs çağırışla hadisə yerinə gəlib, hadisə yerini mühafizə edən DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları, polis serjantları Rəşad Allahverdiyevi, Emin Mehdiyevi, Vidadi Hüseynlini döyüb, habelə hadisə yerinə gəlmiş RPŞ-nin əməkdaşları, polis polkovnik-leytenantı Məhəmməd Həsənova, polis serjantları Azər Vəliyevə və Xəyal Dostuyevə qarşı müqavimət göstərib, 2 ədəd xidməti “BMV” markalı avtomaşınları isə aşırıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şəmkir rayon sakinləri Nofəl Askanov, Elşən Nəcəfov, Samir Sadıqov, Vüqar Həsənov, Ağasəf Hüseynov, Ruslan Hüseynov, Fərrux Həbibli və Alı İslamzadə tərəfindən törədilməsi müəyyənləşdirilib.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar