“Azəri-star”ın qalibi məhkəmədə ifadə verdi
Oktyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə “Azəri-star 2007” musiqi yarışmasının qalibi Zakir Bağırov əlavə şahid qismində ifadə verib. Z.Bağırov müsabiqənin təşkilatçısı Kemal Cenkin müsabiqənin qalibinə bir otaqlı ev verəcəyini söyləyib: ”Müsabiqənin qalibi oldum, mənə bir açar verib “bu bir otaqlı mənzilin açarıdır” dedilər. Lakin indiyə qədər həmin evin üzünü görməmişəm”.
Zərərçəkmişlərin nümayəndəsi Vidadi İsgəndərov isə bildirib ki, təqsirləndirilən Elbrus Əliyev ibtidai istintaq zamanı ifadəsində Kemal Cenke “GEN” MMC-nin reklamı üçün 15 min ABŞ dollar verdiyini söyləyib. V.İsgəndərov K.Cenkin məhkəmədə ifadə verməsi vəsatəti ilə çıxış edib. Məhkəmə vəsatəti təmin edib və bildirib ki, K.Cenkə məhkəməyə gəlməsi barəsində məktub göndərilib.
Proses oktyabrın 19-da sənədlərin elan olunması ilə davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunurlar.
Cinayət işi üzrə 10 nəfər şəxs təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb.
Fərid Əkbərov

Oxşar yazılar

“Range Rover” “Opel”lə toqquşdu- 3 ağır yaralı var
11 may 2025 , 19:36
Sumqayıtda yola avtomobil yağı dağılıb-YENİLƏNİB
11 may 2025 , 19:23
Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO
11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı
11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı
11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü
11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı
10 may 2025 , 23:15