Şagirdini zorlayan müəllim şikəst, həm də baba imiş! - MÜSAHİBƏ
Hadisənin şok təfərrüatları Lent.az-da
Bakıda 50 yaşlı müəllimin 14 yaşlı şagirdi ilə cinsi əlaqədə olması faktı üzə çıxdıqdan sonra bu xəbər çoxlarını şoka salıb. Lent.az-ın əməkdaşı müəllimin işlədiyi (həmçinin şagirdin təhsil aldığı) 294 saylı məktəbin direktoru Mübariz Novruzovla söhbət edib.
- Yusibov Şahin Fəriş oğlu sizin rəhbərlik etdiyiniz kollektivin üzvü olub. Onda hansısa fərqli əlamətlər hiss etmisinizmi? Özünü necə aparırdı?
- Yox, heç nə hiss olunmayıb. Adi müəllim olub. Bu hadisə dərs vaxtından sonra baş verib, özü də 3 il əvvəl.
- Müəllimlə şagird arasında yaxınlıq yalnız bir dəfə olub?
- Siz bu hadisədən nə qədər xəbərdarsınızsa, biz də o qədər bilirik. Yəni, mənim çox məlumatım yoxdur. Şahin Yusibov adi müəllim kimi dərsə gəlib-gedib, şagird də həmçinin.
- Bu, zorlanma hadisəsidir, yoxsa...
- Bilmirəm, hadisəni prokurorluq orqanı araşdırır.
- Qızın valideynləri bu məsələ ilə bağlı sizinlə söhbət edibmi?
- Yox, heç bir söhbət olmayıb.
- Zərərçəkən şagird iyun ayına qədər, yəni dərslər bitən vaxta kimi məktəbə gəlirdimi?
- Qız nümunəvi şagirdimiz olub.
- Müəllimin ixtisası nə olub?
- İncəsənət institutunu qurtarıb. Məktəbdə musiqi dərnəyinin rəhbəri idi. Lakin 3 ay əvvəl öz ərizəsilə işdən çıxıb. Onun səhhətində problem var idi. İşdən çıxmasına səbəb kimi də məhz səhhətindəki problemi göstərdi.
- Nə problem?
- Həmin adam bir ayağından şikəstdir. Onun ayağı ömürboyu gipsdə olub, həmçinin ayağına mil qoyulub. Bir sözlə, şikəstdir.
- Müəllim ailəlidir?
- Bəli. Oğlanları, 2 gəlini, qızı, 2 nəvəsi var...
Pərvin ABBASOV

Oxşar yazılar

Binadan yıxıldı, xəstəxanaya özü getdi
22 iyul 2025 , 11:49Rusiyada OMON azərbaycanlı dəstəni belə saxladı - VİDEO
22 iyul 2025 , 10:22
Xırdalanda 29 yaşlı fəhlə faciəvi şəkildə öldü
22 iyul 2025 , 09:24
Gəncədə 21 yaşlı gənc bıçaqlandı
22 iyul 2025 , 08:08
Göygöldə restoranda iki yeniyetmə döyüldü
22 iyul 2025 , 08:01
Gəncədə 41 yaşlı qadın bıçaqlandı
22 iyul 2025 , 03:08
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10