Bakıda dəhşətli qətl
Təmirçi 29 yaşlı qadını zorlayandan sonra qətlə yetirərək meyitini 16-cı mərtəbədən atıb
Azərbaycan paytaxtında 29 yaşlı qadını zorladıqdan sonra qətlə yetirərək meyitini çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən atan şəxs həbs edilib.
APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) və Bakı şəhər Prokurorluğu birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, 22 iyul 2009-cu il tarixdə Bakı şəhəri Bülbül prospekti, 24 ünvanında yaşayan, 1980-ci il təvəllüdlü Əliyeva İnarə Rauf qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 23 iyul 2009-cu il tarixdə saat 07.00 radələrində İnarə Əliyevanın yaşadığı binanın qarşısında üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. BŞBPİ və Bakı şəhər Prokurorluğunun əməkdaşları tərəfindən İ.Əliyevanın qatilinin tapılması istiqamətində həyata keçirilən birgə kompleks tədbirlər nəticəsində 1985-ci il təvəllüdlü Nəcəfov Mehdi Səlim oğlu qətli törətməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, İ. Əliyeva 22 iyulda saat 22.00 radələrində evdən çıxıb və gecəni dostları ilə birlikdə keçirib. Saat 02.00 radələrində evlərinə dönən İ.Əliyevaya yaşadığı binanın liftində həmin binada təmir işləri ilə məşğul olan Mehdi Nəcəfov hücum edib. M.Nəcəfov İ. Əliyevanı qorxudaraq zorla binanın 16-cı mərtəbəsində təmir işləri ilə məşğul olduğu və hal-hazırda heç kimin yaşamadığı mənzilə aparıb. Mənzildə M. Nəcəfov zorakılıq yolu ilə İ. Əliyeva ilə cinsi münasibətdə olub. Sonra isə İ. Əliyevanı başından çəkiclə vuraraq vəhşicəsinə qətlə yetirən M. Nəcəfov onun meyitini 16-cı mərtəbədən atıb.
Törədilmiş ağır cinayət hadisəsi ilə əlaqədar Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və M. Nəcəfovun barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Oxşar yazılar

İtkin düşən kişinin palıd ağacından asılmış MEYİTİ TAPILDI
18 avqust 2022 , 19:31
Hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən tutuldu - YENİLƏNİB
18 avqust 2022 , 19:19
Ölkənin şimal rayonlarında yanğınların söndürülməsi davam etdirilir - VİDEO
18 avqust 2022 , 17:40
Azərbaycandan Ukraynaya qarpız daşıyan TIR yandı - FOTO
18 avqust 2022 , 16:59
Dərnəgüldə anbardakı yanğınla bağlı SON XƏBƏR - YENİLƏNİB
18 avqust 2022 , 16:36
İntim videoları yayılan zabit TUTULDU
18 avqust 2022 , 15:28
Sumqayıtda tələbə qız özünü dənizə atıb İNTİHAR ETDİ - YENİLƏNİB
18 avqust 2022 , 15:03