“Qamət Süleymanova görə 3000 adam həbs olunub”
28 iyul 2009 14:45 (UTC +04:00)

“Qamət Süleymanova görə 3000 adam həbs olunub”

Bu “Meşə qardaşları” dəstəsinin üzvü məhkəmədə deyib

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qüdrət Məlikov ifadə verib. Onun sözlərinə görə, 1999-cu ildən “Əbu-Bəkr” məscidinə gedib-gəlir və məscidin imamı Hacı Qamət Süleymanovla yaxın tanışlığı olub: “Qamətlə yaxşı münasibətimiz var idi. Lakin Qamət xaricdə - Əfqanıstanda, Çeçenistanda İslamın düşmənlərinə qarşı döyüşənləri, Sumqayıt və Quba camaatını xavaric – cəhənnəm köpəkləri adlandırmaqla böyük səhv etdi. Necə olur ki, 20 yanvarda, Qarabağda bizi qətlə yetirən rusa qarşı döyüşən müsəlman xavaric olur?”.

Q. Məlikov 2008-ci ilin mayında Qamət Süleymanovu öldürmək qərarına gəldiyini də açıqlayıb: “Bu məqsədlə partlayıcı maddə hazırlayıb, Bakıya gəldim və məscidin yaxınlığında Qamətin avtomobilini saxladığı yerə getdim. Üç gün orada müşahidə apardım ki, səhv etməyəm. Lakin sonra məlum oldu ki, Qamət Azərbaycanda deyil. Partlayıcı maddəni Qubadakı köhnə evimizin damına qoymuşam və istidən orada partlayıb. Bu məsələdən heç kimin, o cümlədən qardaşım Ülfətin Məlikovun da xəbəri olmayıb”. O, qardaşı ilə birgə saxlanıldıqdan sonra ilkin ifadəsi alınan zaman işgəncəyə məruz qaldığını da söyləyib. Q. Məlikov ona qarşı irəli sürülən ittihamların böyük hissəsi ilə razılaşmadığını da qeyd edib. Sonra təqsirləndirilən şəxs üzünü zalda zərərçəkən qismində əyləşən Qamət Süleymanova tutaraq bildirib: “Səcdə elətdirib, sonra xilas edə bilməyənin rəvayətini bilirsən. Vaxtilə sənə qardaş demişəm. Amma sən düz eləmədin. Məscidin partladılmasına isə bizim heç birimizin aidiyyatımız yoxdur”.

Təqsirləndirilən Kamran Bozorgi isə əvvəlcə dövlət ittihamçısını işə düzgün baxmamaqda, sonra isə Q. Süleymanovu satqınlıqda günahlandırıb: “Quba camaatı adlı qurum olmayıb. Mən də onun əmiri olmamışam. Əgər belə göstəriş verilibsə, adımı əmir yazın, on beş il iş verin, məsələ bitsin. Qamət, xəbərin var ki, həbsxanalar əvvəllər sənin tərəfini saxlayan adamlarla dolub? Sənə görə, üç min adam həbs olunub. Bəsdir, arvadı yəhudi olan, yəhudi mollası Adilə inandınız. Səninlə də oturub çörək yeyir, Elxanla da”. Sonra Q. Məlikov dövlət ittihamçısının və hakimin suallarını cavablandırıb. Proses günün ikinci yarısında davam etdiriləcək.

İttihama görə, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar “Əbu-Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər. Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Hadisə ilə bağlı aparılan ibtidai istintaq zamanı 26 nəfər saxlanılıb, onlar barəsində cinayət işi başlanıb.
# 708

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11