Məhkum qızına narkotik vermək istəyən ana saxlanılıb
23 iyul 2009 20:00 (UTC +04:00)

Məhkum qızına narkotik vermək istəyən ana saxlanılıb

Onun çantasından tiryək aşkarlanıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və onun tabeliyində olan məhkum qadınların saxlanıldığı 4 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat aparatları tərəfindən əldə olunan məlumat əsasında müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətindən İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, 1988-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 144-1.2-ci maddəsi (insan alveri) ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdulrəhimova Xəyalə Telman qızının yanına qısamüddətli görüşə gələn anası, Sabirabad şəhər sakini 1965-ci il təvəllüdlü, Abdulrəhimova Səkinə Rza qızının üzərinə baxış keçirilərkən onun əl çantasının iç cibindən ümumi çəkisi 40 qrama yaxın narkotik maddə - tiryək aşkarlanaraq götürülüb.

Fakt üzrə təhqiqat aparılır.
# 592

Oxşar yazılar