“Akord”da ölümlə nəticələnən bədbəxt hadisə
23 iyul 2009 13:30 (UTC +04:00)

“Akord”da ölümlə nəticələnən bədbəxt hadisə

Fəhlə çınqılayırma bunkerinə düşərək ölüb

İyulun 22-də saat 10.00 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisindəki "Akkord" şirkətlər qrupuna məxsus beton-çınqıl karxanasında bədbəxt hadisə baş verib.


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, orada fəhlə işləyən Orucəli Hüseynov çınqılayırma bunkerinə düşərək ölüb. Araşdırmalar aparılır
# 442

Oxşar yazılar