Rusiyadan Azərbaycana qanunsuz keçən silahlı dəstənin 3 üzvü tutulub
21 iyul 2009 12:00 (UTC +04:00)

Rusiyadan Azərbaycana qanunsuz keçən silahlı dəstənin 3 üzvü tutulub

Onların Rusiya vətəndaşı olduğu bildirilir


Azərbaycan-Rusiya sərhədini bir neçə gün əvvəl qanunsuz keçməyə cəhd göstərən silahlı mütəşəkkil dəstənin üzvü olduğu ehtimal edilən 3 nəfər tutulub.

Bu barədə APA-ya rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, yaraqlılardan biri sərhədçilər tərəfindən Qubek dağlarında axtarış-əməliyyat tədbirləri zamanı, ikisi isə Balakən rayonu ərazisində polis tərəfindən saxlanılıb. Sərhədçilərin saxladığı yaraqlının Rusiya vətəndaşı olduğu bildirilir.

Silahlı mütəşəkkil dəstənin üzvü olmaqda şübhəli bilinən digər iki nəfər isə Balakən avtovağzalında saxlanılıb. Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, dəstə üzvləri Qubek dağlarından Mahamalar kəndinə düşərək kənd sakinlərindən onları avtovağzala aparmalarını xahiş ediblər. Sakinlərdən biri taksi kimi istifadə etdiyi avtomobillə onları avtovağzala çatdırıb. Polisə rayon mərkəzində şübhəli şəxslərin olması barədə məlumat çatan kimi dərhal avtovağzal ərazisinə əməliyyat qrupu göndərilib. Həmin şəxslər şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılanların ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onların Rusiya-Azərbaycan sərhədini qanunsuz yolla keçdiyi məlum olub. Həmin şəxslərdən birinin milliyyətcə çeçen olduğu da bildirilir.

Lakin Rusiya-Azərbaycan sərhədində aparılan əməliyyat-axtarış tədbirləri hələ başa çatmadığından və əməliyyatın məxfiliyini təmin etmək məqsədilə tutulanların adları açıqlanmır. Balakən və Zaqatala rayonlarında polis gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Digər dəstə üzvlərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, 16 iyul 2009-cu il tarixdə saat 03.00 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində, Azərbaycanın Rusiya ilə dövlət sərhədi yaxınlığında, Balakən rayonu Mahamalar kəndi istiqamətində səyyar sərhəd xidməti təşkil etmiş sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınıb.

Mütəşəkkil silahlı dəstənin üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tətbiq edilib, nəticədə sərhəd naryadının üzvü, əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşi ilə dəstə üzvlərindən biri məhv edilib, digər dəstə üzvü isə yaralanıb. Öz iradələrindən asılı olmayaraq, niyyətlərini başa çatdıra bilməyən silahlı dəstənin üzvləri havanın qaranlıq, ərazinin dağlıq, meşəlik olmasından istifadə edərək, hadisə yerindən qaçıblar. Öldürülən yaraqlının üzərindən isə Avstriya dövlətinin vətəndaşına məxsus şəxsiyyəti təsdiq edən sənəd tapılıb. Həmin sənəddə onun adı Salman Umdayev kimi qeyd edilib. Əməliyyatçılar tapılmış sənədin saxta olub-olmadığını araşdırır.

Baş vermiş hadisə barəsində Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri məlumatlandırılıb. Fakt üzrə Respublika Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd etmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.
# 687

Oxşar yazılar

Axtarışda olan 69 nəfər saxlanıldı

Axtarışda olan 69 nəfər saxlanıldı

20 may 2024 , 10:26
Ağcabədidə BÖYÜK ƏMƏLİYYAT:  20 nəfər tutuldu

Ağcabədidə BÖYÜK ƏMƏLİYYAT: 20 nəfər tutuldu

20 may 2024 , 10:04
Azərbaycanda polis mayoru  qəfil öldü

Azərbaycanda polis mayoru qəfil öldü

20 may 2024 , 09:55
Qaradağda "avtoş"luq edən şəxs həbs edildi

Qaradağda "avtoş"luq edən şəxs həbs edildi

20 may 2024 , 09:42
Hacıqabulda  nişanlı qız   özünü asdı

Hacıqabulda nişanlı qız özünü asdı

19 may 2024 , 23:47
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda  yaralı var

Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var

19 may 2024 , 16:55
Xətaidə binanın damı yanıb

Xətaidə binanın damı yanıb

19 may 2024 , 15:19
Sumqayıtda mənzildən kişi meyiti tapıldı

Sumqayıtda mənzildən kişi meyiti tapıldı

19 may 2024 , 13:05