Məhkəmə Yalçın Rzazadənin xanımının iddiasını təmin etmədi
Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin həyat yoldaşı Roza Rzazadənin apelyasiya şikayətinə baxılıb.
ğLent.az-ın məlumatına görə, hakim Mirzə Tağızadə R.Rzazadənin şikayətini təmin etməyərək əvvəlki instansiyanın – Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Ə.Məmmədxanlı adına kitabxananın direktoru vəzifəsində uzun müddət çalışan R.Rzazadə bir neçə ay işdən çıxarılıb. Səbail rayon Məhkəməsinə müraciət edən xanım Rzazadə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin onu işə bərpa etməsini və əmək haqqının ödənilməsi istəyib. Məhkəmə onun iddiasını təmin etməyib.
Pərvin ABBASOV

640