“Mira” gəmisinin baş mühəndisi: “Barəmizdə veriləcək qərarı gözləyirik”
21 may 2009 13:20 (UTC +04:00)

“Mira” gəmisinin baş mühəndisi: “Barəmizdə veriləcək qərarı gözləyirik”

Hindistanın sahil sularında saxlanmış “Mira” gəmisinin arasında azərbaycanlılar da olan 26 nəfərlik heyəti Bhavhaqar şəhərində sahilə çıxarılaraq otelə yerləşdirilib.

Bu barədə APA-ya gəminin baş mühəndisi Zahid Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda oteldə polis nəzarəti altında olan heyətin sərbəst hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb.

Zahid Əliyev heyətin gələcək taleyi ilə bağlı Azərbaycan və Türkiyə diplomatlarının Hindistan hökuməti ilə danışıqlar apardığını deyib: “Biz barəmizdə veriləcək qərarı gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082

Oxşar yazılar