Türkiyədə azərbaycanlı “donuz qripi” şübhəsi ilə saxlanılıb
Naxçıvandan İqdıra gedən həmyerlimizdə A/H1N1 virusu aşkarlanmayıb
Türkiyənin İqdır vilayətində Azərbaycan vətəndaşı “Donuz qripi” şübhəsi ilə sərhəddə saxlanılıb.
Lent.az-ın “cihan”a istinadən məlumatına görə, xəstəxanaya aparılan azərbaycanlı Füzuli Kərimovda A/H1N1 virusu aşkarlanmayıb.
Füzuli Kərimov Türkiyəyə Naxçıvandan keçib. O, sərhəddə “Donuz qripi” şübhəsilə saxlanılıb və dərhal İqdır Dövlət Xəstəxanasına aparılıb. İlk müayinə nəticəsində onun soyuqladığı, normal qrip olduğu müəyyənləşib.
Füzuli Kərimov “İstanbula gedirdim, amma məni xəstəxanaya gətirdilər. İki gündür, ağrıyırdım, qrip olduğumu dedilər, müalicə alandan sonra İstanbula gedəcəyəm”, - deyib.
Vilayətin valisi Saim Saffet Karahisarlı da azərbaycanlının normal qrip olduğunu söyləyib.

Oxşar yazılar

Bakıda 3 prokuror işdən çıxarıldı
17 iyul 2025 , 16:11
Məşhur velosipedçi yarış zamanı öldü
17 iyul 2025 , 15:23
İki bacı çayda boğulub öldü
17 iyul 2025 , 14:26
Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: özü və nəvəsi öldü - YENİLƏNİB
17 iyul 2025 , 14:16
Polis maşınında özünü GÜLLƏLƏDİ
17 iyul 2025 , 13:42
Olimpiya çempionunu ildırım vurub öldürdü
17 iyul 2025 , 12:53Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
17 iyul 2025 , 12:48