Bakı Vağzalının kompüter sistemi sıradan çıxdı, bilet satışı dayandırıldı
05 may 2009 11:30 (UTC +04:00)

Bakı Vağzalının kompüter sistemi sıradan çıxdı, bilet satışı dayandırıldı

Bir neçə saat əvvəl Bakı Dəmir Yolu Vağzalında kompüter sistemi sıradan çıxdığından qatarlara bilet satışı dayandırılıb.

Bu barədə «APA-ECONOMICS»ə Dəmir Yolu Vağzalının məlumat bürosundan bildirilib.
Kompüter şəbəkəsinin texniki səbəblərlə bağlı işləmədiyi bildirilsə də, sistemin hansı səbəbdən sıradan çıxdığı dəqiqləşdirilmir. Vağzaldan verilən məlumata görə, yaxın 2 saat ərzində şəbəkənin işi bərpa olunacaq: «Bu saatlarda istər ölkədaxili, istərsə də xaricə gedən qatarlara bilet satışı dayanıb. Yaxın bir iki saata bilet satışı bərpa olunacaq».

Vağzaldan həmçinin bildirilib ki, bilet satışındakı problemə baxmayaraq, ölkədaxili sərnişin qatarlarının Bakı Dəmir Yolu Vağzalından çıxma qrafikində heç bir ləngimə olmayacaq.
# 782

Oxşar yazılar