Bloqger Adnan Hacızadə azadlığa buraxılıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqqer Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, məhkəmə şikayəti təmin edib və Adnan Hacızadə vaxtından əvvəl azadlığa buraxılıb.
A. Hacızadənin vəkili Elton Quliyev APA-ya açıqlamasında bildirib ki, cəzanın yarı hissəsini çəkəndən sonra hər bir məhkumun vaxtından əvvəl azadlığa buraxılması barədə məhkəməyə müraciət etmək hüququ var: “Biz də vaxtından əvvəl azadlığa buraxılma barədə Qaradağ rayon Məhkəməsinə müraciət etmişdik. Lakin məhkəmə iddianı təmin etmədiyi üçün apellyasiya şikayəti verdik. Bu gün isə məhkəmə şikayəti təmin etdi”.
Qeyd edək ki, A. Hacızadə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etmədiyindən apellyasiya şikayəti verilib.
Xatırladaq ki, həbsdə olan bloqqerlər Adnan Hacızadə və Emin Milli (Abdullayev) 2009-cu il iyulun 8-də Azərbaycan paytaxtındakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli biliniblər. Səbail rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar birinci instansiya məhkəməsinin hökmündən apelyasiya şikayəti veriblər. Şikayət təmin olunmayıb və Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra kasasiya şikayəti verilib. Ali Məhkəmə də əvvəlki məhkəmə instansiyaların qərarını qüvvədə saxlayıb.

Oxşar yazılar

Gəncədə bir ailənin 5 üzvü xiyardan zəhərləndi - YENİLƏNİB
22 aprel 2025 , 10:13
Bir gündə kartlardan 31 min manat pul oğurlandı
22 aprel 2025 , 10:05
Bakıda YANĞIN: ölən və yaralanan var
22 aprel 2025 , 09:44
Azərbaycanlı biznesmen 80 min cərimələndi
22 aprel 2025 , 09:23
Tərtərdə ata-ana və iki azyaşlı uşaq boğulub öldülər - YENİLƏNİB
22 aprel 2025 , 09:17
Yoxa çıxan qızı atası 9-cu sinifdən məktəbdən çıxarıbmış - Leysan olan gün evdən qaçıblar
22 aprel 2025 , 08:31
Şəkidə AĞIR QƏZA: ata öldü, 9 yaşlı oğlu yaralandı
22 aprel 2025 , 07:59