Sumqayıt sakini ailə üzvlərini çəkiclə qətlə yetirib
Noyabrın 11-də gecə saatlarında Sumqayıt şəhəri 17-ci mikrorayon bina 53 ev 1A ünvanında baş verən hadisənin bəzi təfərrüatları məlum olub. Şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1970-ci il təvəllüdlü Rüstəmzadə Elşad Karpat oğlu atası, arvadı və uşaqlarını çəkiclə öldürüb.
O, ailə üzvləri yatandan sonra çəkiclə yatmış ailə üzvlərinin başına zərbə endirib. Gicgah nahiyəsinə endirilən zərbələr öldürücü olub və evdəkilərin hamısı ölüb. Daha sonra E.Rüstəmzadə yaşadığı binanın 9-cu mərtəbəsinə çıxaraq özünü atıb.
Sakinlərin Lent.az-a verdiyi məlumata görə, hadisədən ilk olaraq yaxınlıqda yaşayan insanlar xəbər tutub. Onlar intihar etmiş 40 yaşlı kişinin meyitinin ətrafına toplaşıblar. Bu zaman onun evindən heç kimin çıxmaması insanlarda maraq doğurub və onun evinin qapısını döyüblər. Hadisənin necə baş verməsi də bundan sonra məlum olub. Sakinlər həmçinin bildirdilər ki, 40 E.Rüstəmzadə bir müddət imiş ki, xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, E.Rüstəmzadə çəkiclə atası - 70 yaşlı Karpat Rüstəmovu, həyat yoldaşı - 35 yaşlı Ülviyə Rüstəmovanı, iki azyaşlı qızı - Samirə və Nərgizi xüsusi amansızlıqla öldürüb.
Baş vermiş hadisə ilə əlaqədar Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Nizam Rza

Oxşar yazılar

İcra Hakimiyyətinin binasında işləyən usta yıxılıb öldü - AZƏRBAYCANDA
8 iyul 2025 , 15:39
Motokuryerlərə qarşı reydlər keçirildi - VİDEO
8 iyul 2025 , 15:13
Bakı aeroportunda ÖLÜM
8 iyul 2025 , 13:39
DTX-dan ƏMƏLİYYAT: müşahidə kameralarına kiberhücumlar olub
8 iyul 2025 , 12:41
Beyləqanda şadlıq sarayında ustalar yıxıldı, ölən var
8 iyul 2025 , 12:40Bakıda qadın saxlanıldı, evindən görün nələr tapıldı? - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
8 iyul 2025 , 12:25Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO
8 iyul 2025 , 11:57