Cəlilabadda dəhşətli qəza: 4 ölü, 9 yaralı - YENİLƏNİB
Noyabrın 9-da saat 20 radələrində Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Cəlilabad-Sərhədabad yolunda 3 ədəd “VAZ 2107” markalı avtomobil toqquşub. Hadisə nəticəsində 4 nəfər yerindəcə keçinib. 9 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
Məlumatda o da bildirilir ki, “VAZ 2107”-lərən ikisi yüksək sürətlə ötüşürmüş. Bu zaman hər iki maşın qarşıdan gələn digər “VAZ 2107” ilə toqquşub.
Ölən və yaralananlar arasında uşaqlar və qadınlar da var.
Toqquşmanın gücündən maşınlar tamamilə yararsız vəziyyətə düşüb.
***
Qəza nəticəsində ağır xəsarət alan şəxslərdən ikisi - 1982-ci il təvəllüdlü Bayramova Gülər Sərdar qızı və 1968-ci il təvəllüdlü Rüstəmov Rasim Ərşad oğlu vəziyyətlərinin ağır olması səbəbindən Bakıya – Kliniki Tibbi Mərkəzə göndərilib. Cəlilabad Şəhər Mərkəzi Xəstəxanasından Lent.az-a verilən məlumata görə, hər iki yaralının vəziyyəti çox ağırdır. 1 nəfər isə Masallı Regional Tibbi Mərkəzə göndərilib.
Yaralılardan 6-sı Cəlilabad Şəhər Xəstəxanasında müalicə olunur. Onlardan 3-nün vəziyyəti ağırdır. 3 nəfər isə nisbətən yüngül xəsarətlər alıb.
Məlumatda o da bildirilir ki, avtomobillər toqquşandan sonra, akkumulyator partlayıb və maşınları alov bürüyüb. Həmçinin zərbənin gücündən qabaq oturacaqda əyləşən uşaq maşının ön şüşəsindən çıxıb və təxminən 50 metr uzağa düşüb. Körpə yerindəcə keçinib.
Araşdırmalar davam edir.
Nizam Rza

Oxşar yazılar

Hacıqabul sakinini "tok" vurub öldürdü
9 iyul 2025 , 01:34
Gədəbəydə yol qəzası: 4 nəfər yaralandı-YENİLƏNİB
8 iyul 2025 , 22:45
Bakıda kişi sirkədən zəhərlənib öldü
8 iyul 2025 , 19:33
Sabirabadda ana doğuş zamanı öldü
8 iyul 2025 , 19:00
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varislər ifadə verib
8 iyul 2025 , 18:31
Abşeronda kişi evinin yanındakı quyuya düşdü
8 iyul 2025 , 18:18
Azərbaycanda icra hakimiyyəti binasında FACİƏ: gənc usta öldü
8 iyul 2025 , 15:39