Hakimin həyat yoldaşını boğub öldürüblər
Oktyabrın 15-də günorta saatlarında öldürülən Mahmudova Natəvan Həmid qızı asfiksiya (boğulma) yolu ilə qətlə yetirilib.
Bu barədə Lent.az-a Nizami rayon prokurorunun böyük köməkçisi Eldar Rəhimov məlumat verib: “Mərhum asfiksiya, yəni yumşaq predmetlə tənəffüs yollarının tutulması üsulu ilə qətlə yetirilib. Ekspertizanın ilkin rəyi belədir. Amma geniş rəy hələ hazır deyil. Hələlik bizə kiminsə tutulması barədə məlumat daxil olmayıb”.
Rayon Polis İdarəsindən də Lent.az-a hadisə ilə bağlı saxlanılan olmadığını deyiblər.
Qeyd edək ki, qətlə yetirilən 1971-ci il təvəllüdlü N.Mahmudova Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşıdır. Bakı şəhər, Nizami rayon, Çobanzadə küçəsi 47 ünvanında yaşayan N.Mahmudova oktyabrın 15-də evində qətlə yetirilib.
Nizam

Oxşar yazılar

Göyçayda kişi həyətdə yıxılıb öldü
7 iyul 2025 , 09:24
Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54