Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub
APA-nın FHN-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, sessiyada təbii fəlakətlərin intensivliyinə və baş vermə tezliyinə iqlim dəyişikliyinin təsiri, həmçinin, fəlakətlərə hazırlıq üzrə müvafiq normalar müzakirə olunub. Bundan başqa, 2006-cı ildə Mərakeşdə keçirilmiş Nazirlər Sessiyasından sonra əldə olunmuş nəticələr nəzərdən keçirilib və 2011-2015-ci illər üçün Orta Müddətli Plan qəbul edilib.
Tədbirdə Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişinin 26 üzv dövlətinin və Sazişin müşahidəçi statusuna malik dövlətlərin təbii və texnogen fəlakət risklərinin idarə olunmasına cavabdeh olan müvafiq dövlət qurumlarının rəhbərləri, bu sahədə fəaliyyət göstərən təşkilat və institutların nümayəndələri və Avropa Şurasının aidiyyəti qurumlarının nümayəndələri də iştirak ediblər.
Sessiyada Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Azərbaycanda fövqəladə hal riski və böhranların idarə olunması sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi" mövzusunda çıxış edib.
Səfər çərçivəsində bir sıra ikitərfli görüşlər də keçirilib.

678