Asif Mərzilinin həbsinə qərar verən hakim barəsində intizam icraatı başlana bilər
13 aprel 2009 10:30 (UTC +04:00)

Asif Mərzilinin həbsinə qərar verən hakim barəsində intizam icraatı başlana bilər

Cavid Hüseynov: “Məhkəmənin hakimlərə hansısa cəza vermək səlahiyyəti yoxdur”
Azərbaycanda baş redaktorun həbsinə qərar vermiş hakim barəsində Məhkəmə-Hüquq Şurasında intizam icraatı başlana bilər. Bu barədə bazar ertəsi Trend News-a Məhkəmə-Hüquq Şurasın Aparatının rəhbəri Cavid Hüseynov bildirib.
"Bakı Apellyasiya Məhkəməsinin i Yasamal rayon məhkəməsinin hakimləri Abbas Rzayevə şiddətli töhmət, Tahir İsmayılova töhmət verməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Apellyasiya Məhkəməsi həmin xüsusi qərarı Məhkəmə-Hüquq Şurasına göndərəcək. Şuranın iclasında hakim barəsində intizam icraatının başlanıb-başlanmaması barədə qərar qəbul ediləcək", - deyə Hüseynov deyib.
Aparat rəhbərinin sözlərinə görə, məhkəmənin hakimlərə hansısa cəza vermək səlahiyyəti yoxdur.
MHŞ rəsmisi qeyd edib ki, əgər Şura intizam icraatının başlanması barədə qərar qəbul edərsə, bu iş üzrə məruzəçi hakim təyin olunur. Həmin hakim işə baxan hakimin prosedur pozuntulara yol verib-vermədiyini araşdırır və yekun nəticəyə gəlir.
Hüseynovun sözlərinə görə, araşdırma yekunlaşandan sonra MHŞ-nin toplantısında bu məsələ müzakirə olunur. Əgər hakimin pozuntuya yol verdiyi təsdiq olunarsa, hakimə töhmət, irad verilir, yaxud da işdən azad olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1457

Oxşar yazılar