Deputat aviaşirkətlə məhkəmə çəkişməsinə çıxıb - EKSKLÜZİV
Məcid Kərimovun “British Airways”ə qarşı iddiası qismən təmin edilib
Milli Məclisin deputatı, "Azərkimya" Dövlət Şirkətinin prezidenti Məcid Kərimovla Böyük Britaniyanın “British Airways” Aviaşirkəti arasında məhkəmə çəkişməsi yaşanır. Lent.az-ın məlumatına görə, işə bu gün Azərbaycan Ali Məhkəməsində baxılıb.
M.Kərimov aviaşirkətə qarşı məhkəmə iddiasını fiziki şəxs kimi irəli sürüb. Belə ki, millət vəkili keçən il Böyük Britaniyanın paytaxtı London şəhərində səfərdə olub. Geriyə dönərkən isə onun yükü vaxtında çatdırılmayıb. M.Kərimov “daşıma müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın kompensasiya edilməsi” iddiası ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun iddiasını qismən təmin edib. Məhkəmə qərarına əsasən M.Kərimova 1000 avro maddi ziyandan başqa mənəvi ziyana görə də kompensasiya ödənilməlidir (mənəvi ziyana görə kompensasiyanın məbləğini dəqiqləşdirmək mümkün olmayıb – red.).
İşə növbəti instansiya olaraq Bakı Apellyasiya Məhkəməsində baxılıb. Belə ki, həm M.Kərimov, həm də “British Airways” Aviaşirkəti məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də əvvəlki məhkəmənin qərarını qüvvədə saxlayıb. Hər iki tərəf növbəti dəfə Azərbaycan Ali Məhkəməsinə müraciət edib.
Bu gün hakim Əsəd Mirzəliyevin sədrliyilə keçirilən məhkəmə iclasında əvvəlki instansiya məhkəməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılıb.
Pərvin ABBASOV

1001