Kamran Əsədov məhkəmədə yenə dava salıb
09 aprel 2009 14:00 (UTC +04:00)

Kamran Əsədov məhkəmədə yenə dava salıb

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə günün birinci yarısında keçirilən prosesdə şahid qismində ifadə verən Anar Rzayevin ibtidai istintaqda verdiyi ifadə elan edilib. Şahid ibtidai istintaqda bildirib ki, təqsirləndirilən Kamran Əsədov və Kamran Babayevlə 2003-cü ildə tanış olub. Mütəmadi olaraq, “Əbu-Bəkr” məscidində görüşüblər və aralarında dini mövzuda söhbətlər aparılıb.


Şahid onu da deyib ki, Çeçenistanda cihad aparmaq zəruridir, kafir ruslara qarşı vuruşmaq lazımdır.

Prosesdə hakim İslam Neymanovla təqsirləndirilənlər Kamran Əsədov və Samir Mehrəliyev arasında mübahisə yaranıb. Buna səbəb cihad mövzusu olub. Daha sonra məhkəmədə şahid qismində İrad Hacıyev ifadə verib. O, Kamran Əsədovu ticarətlə məşğul olduqları zaman tanıdığını bildirib.

Təqsirləndirilən Yaşar Məhərrəmov isə ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 120-ci və 315-ci maddələrinin üzərindən götürülməsini məhkəmədən xahiş edib. Digər təqsirləndirilən Hacıbala Hüseynov onunla bağlı aparılan cinayət işinin ayrılmasını istəyib.

Proses aprelin 15-də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar