Cəlilabadda 17 yaşlı oğlana yırtıcı hücum edib
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Lent.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, rayonun Gülməmmədli kəndində 1992-ci il təvəllüdlü Zahid Şakir oğlu İsgəndərov qoyun otararkən vəhşi heyvanın hücumuna məruz qalıb. Bəbir olduğu güman edilən heyvan gəncin üzünü və bədəninin bəzi hissələrini parçalayıb.
Yaralının qohumlarının verdiyi məlumat görə, hadisə bu gün günorta saat 14.00 radələrində olub. Heyvanın Zahidə hücum etdiyini görən digər kənd sakinləri hadisə yerindən qaçıblar. Z.İsgəndərova xəsarət yetirəndən sonra heyvan özü də gözdən itib.
Kənd sakinlərinin sözlərinə görə, bu vaxta qədər kənddə belə bir hadisə ilə qarşılaşmayıblar. Sakinlər kənd meşəsində bəbirin olması barədə belə məlumatsız olduqlarını bildiriblər. Onlar güman edirlər ki, bəbir kənd ərazisində İrandan gələ bilər.
Qeyd edək ki, hazırda 17 yaşlı yeniyetmə ağır vəziyyətdə rayon xəstəxanasındadır.

Oxşar yazılar

Bakı və Sumqayıtda 22 minlik oğurluq edənlər TUTULDU
10 aprel 2025 , 17:43
Bakıda GÖRÜLMƏMİŞ QƏZA: "Bolt" belə uçdu - HADİSƏ ANI - YENİLƏNİB
10 aprel 2025 , 16:42Şərurda 35 yaşlı kişi FACİƏLİ şəkildə öldü
10 aprel 2025 , 16:40
Aviaşirkətdə ŞOK hadisə: pilotlar siyasətçiyə görə dava etdilər
10 aprel 2025 , 16:19
Nardaranda bağ evlərindən 150 minlik OĞURLUQ - VİDEO
10 aprel 2025 , 15:51
Oğuzda qadın sürücü maşını aşırdı, 4 yaralı var
10 aprel 2025 , 14:56