“Ekstazi işi”nin məhkəmə istintaqı yekunlaşdı
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov və digər 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul olunub.
Proses martın 17-də davam etdiriləcək.
Qeyd edək ki, Orxan Nadirov mayın 8-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində xidmət etdiyi hərbi hissədə həbs edilib. Onlar Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunurlar.
Şəhriyar ƏLİZADƏ

1119