Azərbaycanda Obamanın oxşarı tapıldı
Azərbaycanın Qəbələ rayonunda ABŞ prezidenti Barak Obamanın oxşarı tapılıb. Qəbələ sakini Asif Mustafayev ixtisasca rəssamdır. ANS TV-nin məlumatına görə, Barak Obama ABŞ prezidenti olandan sonra çoxlarının uşaqlıqdan “Qarabala” deyə çağırdığı Asifi də Qəbələdə “Obama” deyə çağırmağa başlayıblar. Dünyanın bir nömrəli məşhurunun oxşarı olmaq isə Asifin ürəyincədir.
İnsanların Asifə bir belə diqqət ayırması onu istər-istəməz siyasətə təhrik edib. Ən böyük arzusu isə Qarabağ həqiqətlərini Obamaya şəxsən çatdırmaqdır: “Ən böyük arzum Qarabağ məsələsini, Xocalı faciəsini Obama administrasiyasına çatdırmaqdır”.
İndi Asif sərbəst rəssam geyimini kostyuma dəyişib. Çünki vaxtaşırı ondan şəkil çəkdirməyi xahiş edən pərəstişkarlarına rədd cavabı verə bilmir. Beləcə, Asif də, onunla şəkil çəkdirən də bir anlıq özlərini Ağ evdə təsəvvür edirlər.
Obama bildirir ki, ABŞ-da prezident seçkisi keçirilənə qədər Obamanı tanımayıb: “Mən Obamanı seçkiyə qədər tanımırdım. Soruşurdum ki, bu Obama kimdir? Deyirdilər sizə oxşayır. İş burasındadır ki, məni ona daha çox yaşlı adamlar oxşadır. Deyirlər ki, Obama, gedək çay içək, Obama, gedək dərdləşək”.
Bu gün Asifin rəssamlıqdan başqa heykəltəraşlıq kimi də hobbisi var. O, qardan heykəllər yonur. Asif özünün də heykəlini yonub. Buna həm də Obamanın heykəli də demək olar.

Oxşar yazılar
“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru barəsində həbs qərarı - YENİLƏNİB
1 iyul 2025 , 18:07
Məktəbli pensiyaçını güllələdi
1 iyul 2025 , 17:57
Polis onlara "qaz yerişi" yeritdi -VİDEO
1 iyul 2025 , 15:49
Bakıda cinayətdə şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstə saxlanıldı -VİDEO -FOTOLENT
1 iyul 2025 , 15:39
Serial təcavüzkar və qatil 57 ildən sonra həbs edildi
1 iyul 2025 , 15:13