Qarın ağrısı ilə həkimə getdi, 9 aylıq hamilə çıxdı
Onun doğuş sancısı çəkdiyi məlum olub
“Qazım var, içimdə bir şey hərəkət edir” deyərək xəstəxanaya müraciət edən qadının hamiləliyin son günlərini yaşadığı məlum olub.
Lent.az-ın məlumatına görə, Türkiyədə 34 yaşlı Səmiha Bəkməzçi adlı qadın övladı olmadığından süni mayalanma yolu ilə övlad dünyaya gətirmək istəyirmiş. Süni mayalanma yolu ilə uşağa qalan qadın maddi imkansızlıqdan müalicəni yarımçıq dayandırıb. Həmin vaxt qadın uşağa qaldığından xəbəri olmayıb.
Son bir neçə ayda xeyli kökələn qadın bunun səbəbini bilməyib. Bir neçə gün əvvəl qarnında dözülməz sancı hissədən Şəmiha həkimə gedərək, “qazım var, sancıdan ölürəm”, deyib. Müayinə zamanı qadının 9 aylıq hamilə olduğu, doğuş sancısı çəkdiyi məlum olub.
Az keçmiş Bəkməzçi cütlüyünün 4 kilo ağırlığında oğlu dünyaya gəlib. Qadının həyat yoldaşı Ertekin Pekmezci də sevincini gizlətməyib. “Bu xəbəri eşidəndə həyat yoldaşımla böyük sevinc yaşadıq. Ancaq işsizəm, ailəmi necə dolandıracağımı düşünürəm. Bu məsələdə yardım gözləyirik” – deyə, o bildirib.

2361