“Azərbaycan Dəmir Yolları” QSC-nin obyektində hərbi sursat aşkarlandı
14 iyun 2010 15:30 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin obyektində hərbi sursat aşkarlandı

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet saytına istinadən verdiyi məlumata görə, nazirliyə paytaxtın Binəqədi rayonu ərazisində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yeni inşa edilən obyektdə partlamamış hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.


Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aşkarlanan sursatlara baxış keçirib və onların 6 ədəd 100 mm, 1 ədəd 122 mm, 1 ədəd 85 mm, 1 ədəd 120 mm, 3 ədəd 155 mm top mərmiləri, 1 ədəd TM-57 tank əleyhinə mina, 1 ədəd 100 mm naməlum partlayış təhlükəli əşya olduğu müəyyənləşdirilib.


Qeyd olunan hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər əraziyə təkrar baxış keçirib və heç bir digər partlayıcı əşya aşkar edilməyib.
# 1036

Oxşar yazılar