Bakıda polislərlə vətəndaşlar arasında kütləvi dava - EKSKLÜZİV - YENİLƏNİB
Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində polisə müqavimət göstərməklə ictimai asayişi kobud şəkildə pozmuş şəxslər həbs olunub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 03.00 radələrində Qaraçuxur qəsəbəsi E.Vəkilli küçəsində, ailəvi istirahət mərkəzi yaxınlığında polislərə hücum etmiş şəxslər - Musayev Emil Elman oğlu, Qurbanov Fərid Faiq oğlu, Babayev Şaiq Sahib oğlu, Cəmilov Vüsal Müsahib oğlu və Məmmədov Mais Məhəmməd oğlu saxlanıldıqdan və müvafiq sənədləşmələr aparıldıqdan sonra məhkəməyə aparılıb. Məhkəmə həmin şəxslər barəsində həbs-qətimkan tədbiri seçib.
Məlumata görə, sərxoş vəziyyətdə olan həmin şəxslər Çevik Polis Alayının 7-ci bölüyünün polis nəfərlərinə qarşı tabeçilik göstərməyərək dava-dalaş salıblar. Onlar hadisə yerinə gəlmiş 32-ci Polis Bölməsinin zabitlərinə də xəsarətlər yetiriblər.
*****
19 noyabr saat 11:21
Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində bir qrup vətəndaş polis əməkdaşlarına qarşı itaətsizlik göstərib və dava-dalaş olub. Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, saat 03.00 radələrində Qaraçuxur qəsəbəsində, ailəvi istirahət mərkəzinin yaxınlığında 5-6 nəfər xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və asayişi kobud şəkildə pozub. Bu zaman həmin şəxslər polis əməkdaşlarına hücum ediblər və bir neçə polis əməkdaşına xəsarət yetirilib. Əraziyə dərhal əlavə qüvvə göndərilib, lakin asayişi pozan şəxslər tabeçilik göstərməyiblər və dava-dalaş daha da böyüyüb.
Hadisə nəticəsində aralarında polis kapitanı və leytenantı da olmaqla 5 polis işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. Asayişi pozan şəxslər saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, yaralananların hamısı Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşıdır.
Nizam RZA

Oxşar yazılar

Qaxda bir ailənin 4 üzvü və 2 qardaş qəzada yaralandı
7 iyun 2025 , 18:41
Azərbaycanlı qızları fahişəliyə məcbur edən qadına HÖKM OXUNDU
7 iyun 2025 , 18:35
Azərbaycanlı sahibkar BƏƏ-yə qaçdı: işləri yaxşı getmir
7 iyun 2025 , 17:08
Gölün kənarında yeni doğulmuş qız meyiti tapıldı
7 iyun 2025 , 16:50
Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - VİDEO
7 iyun 2025 , 15:27
Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var - YENİLƏNİB
7 iyun 2025 , 15:01
Bakıda 20 yaşlı qız qəfil öldü
7 iyun 2025 , 14:49