FHN balıqçıları xilas etmə əməliyyatını başa çatdırdı-YENİLƏNİB-VİDEO
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində köməksiz vəziyyətdə qalmış balıqçıları tam xilas edib.
APA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində sahildən təqribən 240 km məsafədə balıqçı qayığında olan 4 balıqçı qayığın batması səbəbindən köməksiz vəziyyətdə qalıblar.
Müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri hadisə yerinə cəlb olunub, balıqçılardan üçü - 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlu, 1975-ci il təvəllüdlü Mirzəyev Şamil Mirzəağa oğlu və 1973-cü il təvəllüdlü Quliyev Zaur Zakir oğlunu xilas ediliblər.
Fövqəladə Hallar Nazirliyinin və Dövlət Dəniz Adminstrasiyasının birgə həyata keçirdiyi əməliyyat nəticəsində 1959-cu il təvəllüdlü Əliyev Əlibəy İsabala oğlu “Cəlil Məmmədquluzadə” adına tankerlə xilas edilib.
Xilasetmə əməliyyatı saat 22:10-da başa çatıb.
Xilasetmə əməliyyatları zamanı diplomatik kanallar vasitəsilə Türkmənistanın müvafiq orqanlarına edilmiş müraciətlər operativ olaraq öz həllini tapıb. Keçirilən əməliyyatlarda Türkmənistanın müvafiq qurumları, o cümlədən, helikopter və katerləri iştirak edib.
***
20.35
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər dənizində sahildən təqribən 200 km məsafədə balıqçı qayığında olan 4 balıqçı qayığın batması səbəbindən köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.
APA-nın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə cəlb olunub.
Balıqçılardan 3-ü - 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlu, 1975-ci il təvəllüdlü Mirzəyev Şamil Mirzəağa oğlu və 1973-cü il təvəllüdlü Quliyev Zaur Zakir oğlu xilas edilib, digər balıqçı 1959-cu il təvəllüdlü Əliyev Əlibəy İsabala oğlu isə xilasedici sal ilə təmin edilib.
Xilasetmə əməliyyatı davam etdirilir.

Oxşar yazılar

Bakıda DƏHŞƏT: Bağçada asılmış meyit tapıldı
8 aprel 2025 , 11:10
Gəncədə kişi özünü asdı
8 aprel 2025 , 10:14
Göyçayda yas zamanı eyvan uçdu, 5 qadın yaralandı
8 aprel 2025 , 09:32
Yardımlıda FACİƏ: çoban 200 metr hündürlükdən yıxıldı
8 aprel 2025 , 09:29
Dövlət xadimini öldürmək istəyən terrorçuya HÖKM OXUNDU
8 aprel 2025 , 09:15
Kəlbəcərdə zəlzələ oldu
8 aprel 2025 , 01:51
Naxçıvanda Türkiyə vətəndaşını avtomobil vurdu
8 aprel 2025 , 01:22